Azərbaycanda əsas ölüm səbəbləri məlum olub. Ölkədə həm şəhər, həm də kəndlərdə hər 100 min nəfərdən 340-ı qan dövranı xəstəliklərindən vəfat edir.
İkinci əsas ölüm səbəbi isə yenitörəmələrdir (xərçəng və s). Ürək-damar xəstəliklərindən ölüm halları təkcə Azərbaycanda deyil, demək olar ki, dünyanın bir çox ölkələrində başlıca ölüm səbəbi hesab olunur. Bunu yaradan əsas amillərdən biri də sözügedən xəstəliklərin son illər həddən artıq cavanlaşması ilə bağlıdır.
Bəs görəsən ürək-damar xəstəliklərinin yaranma səbəbləri nədir və bu xəstəliklərdən necə qorunmaq olar?
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan həkim-professor Adil Qeybulla bildirib ki, ürək-damar xəstəliklərinin başlıca səbəbi az hərəkətlilik və həddən çox qidalanma ilə bağlıdır.
“Ürək-damar xəstəliklərindən ölüm halları dünyanın hər yerində ilk yerlərdə dayanır. Bu xəstəliklərin artmasının əsas səbəbi orqanizmə daxil olan kalori ilə sərf olunan arasında disbalansın yaranmasıdır. Yəni insanlar çox qida qəbul etdikləri halda az hərəkət edirlər.