AZ

Şəhər, yoxsa kənddə yaşamaq – Harda xərçəng daha çox yaranır?



Kənd insanınınbədəni sağlam, ömrü uzun olur deyirlər. Həqiqətənmi şəhərdən uzaq yaşamağın özü sağlamlıq üçün yetərlidir?



Medicina.az xəbər verir ki, paytaxtda və kənddə yaşamaq orqanizmə fərqli risklər yaradır və hərəsinin öz mənfi-müsbət tərəfləri var.

Hətta bu insandan asılı olaraq dəyişir.

Birinci fərq hava, ekoloji vəziyyət.

Şəhər havasında müxtəlif kirlənmə, qatqı,kimyəvi maddələr çoxdur, onlar elə yol gedərkən insanın udduğu oksigenlə nəfəs yolları və ağciyərləri kirləyir, bu da bütün orqanizmə təsir edir.


Sankt-Peterburq Gigiyena Tədqiqat mərkəzinin araşdırmasına görə, hava kirlənməsinin 70%-i nəqliyyat səbəbindəndir və havaya atılan qazlarda kanserogen maddələr var.


Avtomobil-nəqliyyat infrastrukturu güclü olan regionlarda da tənəffüs yolları, xoş və bədxassəli törəmələrə səbəb olur.

Çirkli havadan daha çox uşaqlar əziyyət çəkir: onlar böyüklərdən daha çox və tez-tez nəfəs alır. Şəhərlərdə əqli, fiziki gerilik, ağciyər xəstəlikləri və allergik xəstəliklər daha çox olur.

Sinir, əsəb sisteminin qənimi


İri binalar, boz küçələr, sıx, dar evlər, hətta şəhər memarlığı şəhər insanının psixikasına mənfi təsir edir,banal evlər, yollar apatiya, təşviş və stres yaradır.

Kənddə isə beyin və gözlər təbiətlə daha çox təmasda olur.
Şəhərdə kommunal öhdəliklər insanı yorur, işıq, qaz sönən kimi həyat dayanır, kənddə isə insanlar bunu asanlıqla həll edirlər.

Həyətdə, torpaqda işləmək, ev heyvanları, bağ, ağaclar – stresə qarşı dayanıqlığı artırır. Stress isə 90% xəstəliklərin səbəbidir.

Xroniki yorğunluq sindromu

Şəhər insanının daim əzgin, yorğun olması və yuxudan doymaması faktdır. Artıq şəhər əhalisində yorğunluq sindromu, depressiya və fibromialgiya halları artır.

Müasir infrastruktur, durmadan artan xidmət, çatdırılma, sifariş, əlaqə, qaçaqaç daha çox şeyi çatdırmaq istəyi bütün orqanizmi tükədir.

İllüziya təşvişi artırır, panik ataklar başlayır, emosional tükənmə ən geci 2-3 ilə özünü göstərir.

Səs küy çirklənməsi

Şəhər insanın başı o qədər qarışır ki, fonda olan səs-küyü artıq eşitmir. Amma o səs təsir edir. Şəhərlər səs kirlənməsinə məruz qalır: insan səsi, maşın, qatar, metro, musiqi, tikinti, sənaye səsləri.

Əgər bir şəhərdə yol verilən səs səviyyəsi 55 db-dən çoxdursa, o zaman hormonal pozuntu, kişi və qadın sonsuzluğu baş verir.

Bəs kəndin mənfi cəhəti nədir?

Şəhərdə ekoloji və gərginlik səbəbindən xəstəliklər riski çoxdursa, kənddən fərqli olaraq, keyfiyyətli tibbi

Şəhər insanı çox zaman tibbi müdaxilə nəticəsində ölümdən tez xilas edilir, qəzalarda ölüm az olur, əməliyyat edilir, vaxtında diaqnoz tapılır. Kənd insanı üçünpoliklinika həkimindən və rentgendən başqa çox diaqnostikalar əlçatan deyil.

Aygün Musayeva



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8808
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5469
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5281
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
5084
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4911
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3893
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3150
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
3014
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2968
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2806
Sabah 20 dərəcə isti olacaq
2784
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
2356
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2329
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2318
Röyanın biabırçı videosu yayıldı
2314
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2144
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2125
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
2065
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1718
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1713