AZ

Qurbanovdan “feyr-pley”ə layiq növbəti hərəkət - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Premyer Liqasında 31-ci turun oyunlarında “Qarabağ”la “Qəbələ” üz-üzə gəlib (2:2).

Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, qarşılaşmada "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov “feyr-pley”ə layiq növbəti addımla diqqət çəkib.

Belə ki, matçın 40-cı dəqiqəsində top Ağdam təmsilçisinin futbolçusundan auta çıxıb. Ancaq yan xətt hakimi səhv qərar verərək topun son olaraq "Qəbələ"nin oyunçusuna toxunduğunu bildirib. Q. Qurbanov isə topun rəqib deyil, "Qarabağ"ın futbolçusundan çıxdığını göstərib. Hakim fikrini dəyişməsə də, Q. Qurbanov futbolçusu Toral Bayramova topu rəqib tərəfə göndərməyi bildirib.

Həmin görüntüləri təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq