Bu ilin yanvar-mart aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 6,7 % artaraq 452,1 milyon manat təşkil edib.Metbuat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.Dövriyyənin
4 milyon 962,1 min manatı dövlət,
447,1 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb.Özəl sektorda isə dövriyyənin
51 %-i hüquqi şəxslərin,
49 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.
Hüquqi şəxslər üzrə dövriyyə il ərzində 7,4 % artaraq 227,9 milyon manat olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.