Rusiya ilə Türkmənistan arasında ticarət dövriyyəsi kifayət qədər sürətlə artmır.
"Operativ Media" xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin bildirib.
"Ticarət-iqtisadi əməkdaşlığımızın artımı davam edir. 2024-cü ilin birinci rübündə bu göstərici 22 faizə çatıb ki, bu da təxminən 18 milyard rubl deməkdir və hesab edirəm ki, bu, kifayət deyil", - o deyib.
Mişustinin sözlərinə görə, Moskva və Aşqabad elmi-texniki, mədəni-humanitar sahələrin, eləcə də ticarət-iqtisadi əlaqələrin inkişafı üzərində daha çox işləməlidirlər.