ABŞ Prezidenti Co Bayden hesab edir ki, İsrailin Baş naziri Benyamin Netanyahunun siyasi karyerası başa çatır.
Yenipress.az xəbər verir ki, bu barədə “Politiko” qəzeti Amerika administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
“Ağ Ev hesab edir ki, Netanyahunun Baş nazir kimi sayılı günləri qalıb. O, bir neçə ay sonra və ya İsrailin Qəzza zolağında hərbi əməliyyatının ilkin mərhələsi başa çatanda gedəcək. Bayden Netanyahu ilə şəxsi söhbətində onun Baş nazir kimi gələcək perspektivlərini müzakirə edərkən, varisinə hansı ssenari təklif edəcəyini düşünməsini deyib”, - məlumatda deyilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta