Bu gün Fransanın Monpelye şəhərində cüdo üzrə Avropa çempionatı start götürəcək.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisi yarışda 9 çəki dərəsində 9 kişi və 2 qadın cüdoçu ilə təmsil olunur.
Açılış günündə Azərbaycanın beş cüdoçusu tatamiyə çıxacaq.
Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva mübarizəyə başlayacaq.
Avropa çempionatı
Qadınlar
48 kq
Leyla Əliyeva - Lois Petit (Belçika)
52 kq
Gültac Məmmədəliyeva - Coana Dioqo (Portuqaliya)/Sofiya Asvesta (Kipr) görüşünün qalibi ilə
Kişilər
60 kq
Balabəy Ağayev - Andreya Karlino (İtaliya)/Rodriqo Kosta Lopes (Portuqaliya) görüşünün qalibi ilə
Turan Bayramov - Qamzat Zayrbekov (Fərdi Neytral İdmançılar)/Mihrac Akkuş (Türkiyə) görüşünün qalibi ilə
66 kq
Yaşar Nəcəfov - Matteo Piras (İtaliya)