![](https://azertag.az/files/2023/3/1200x630/17002910451773347712_1200x630.jpg)
Bakı, 18 noyabr, AZƏRTAC
“The Lincoln Lawyer” serialının üçüncü mövsümü “Netflix” platformasında yayımlanacaq.
AZƏRTAC xəbər verir ki, böyük maraqla gözlənilən ekran əsəri on epizoddan ibarət olacaq.
Serialın çəkilişlərinin 2024-cü il yanvar ayında Los-Anceles şəhərində həyata keçirilməsi nəzərdə tutulub.
Ekran əsərinin əvvəlki versiyaları həftəlik reytinq göstəricələrinə görə ilk 2-ci sırada yer alıb.