AZ

Millimiz “lotoreya”da Avstraliyaya qalib gəldi

Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası ikinci yoldaşlıq görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, U-17 Ajman şəhərində Avstraliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Komandamızın heyətində qolları 44-cü dəqiqədə Əli Qazibəyov və 86-cı dəqiqədə Əli İbrahim vurublar.

Penaltilər seriyasında daha dəqiq oynayan millimiz (4:2) matçda qələbə qazanıb.

Bu komandalar arasında oktyabrın 14-də keçirilən ilk yoldaşlıq oyunu 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Seçilən
152
12
sportinfo.az

10Mənbələr