AZ

Deputat Mahir Süleymanlı Şabranda vətəndaşları qəbul edib

Parlamentin deputatı Mahir Süleymanlı Şabran rayonunun Ağalıq kəndində növbəti vətəndaş qəbulu keçirib. 

 

Modern.az xəbər verir ki, görüş zamanı kənd sakinlərinin su, qaz təchizatı, eləcə də məşğulluq və işsizliklə bağlı bəzi problemlərini dinlənilib.

 

Səsləndirilən məsələlərin bir qismini yerindəcə həll edilib, digərlərini isə qeydə alaraq aidiyyatı üzrə yönləndirilib. 

 

Görüş zamanı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ailələrinə, qazilərimizə, vətəndaşlarımıza göstərdiyi diqqət və qayğını xüsusi vurğulanıb. 

 

Vətəndaşlarımız göstərilən diqqət və qayğıya görə dövlətimizin rəhbərliyinə təşəkkürlərini bildirdilər.

Seçilən
42
18
modern.az

10Mənbələr