ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Milad təbrikində Kanadanın ABŞ-a birləşməsi ilə bağlı maraqlı açıqlamalar verib.
Trampın qələbəsindən sonra ABŞ bazarına böyük sərmayə axını - 140 MİLYARD DOLLAR
FED.az xəbər verir ki, Trampın sözlərinə görə, Kanada ABŞ-ın 51-ci ştatı olduğu təqdirdə, ölkədəki vergilər 60%-dən çox azaldıla bilər.
Tramp, Kanada baş naziri Castin Trüdo ilə bağlı çıxışında, bu addımın həm vergilərin azalmasına, həm də biznesin sürətlə böyüməsinə səbəb olacağını vurğulayıb. Bundan əlavə, Kanadanın ABŞ-ın hərbi müdafiəsi altında daha güvənli bir mövqedə olacağını qeyd edib.
Tramp eyni zamanda Çin, Panama Kanalı və hətta Qrenlandiya ilə bağlı da diqqətçəkən fikirlər səsləndirərək, bu mövzuların ABŞ-ın milli təhlükəsizliyi üçün vacib olduğunu bildirib.