AZ

Tuna balığı 1,3 milyon dollara satılıb - Bu, Yaponiyada iqtisadi canlanma ümidlərini gücləndirir

Bazar günü Yaponiyanın paytaxtı Tokioda məşhur balıq bazarında ilin ilk hərracda mavi üzgəcli tuna (tunes) balığı 207 milyon yendən (1,3 milyon dollar) baha qiymətə satıldıb ki, bu da rekordlar üzrə ikinci ən yüksək qiymətdir və Yaponiyada davamlı iqtisadi canlanma ümidlərini gücləndirir. İlin ilk tuna hərracı qeyri-rəsmi olaraq ilin iqtisadi proqnozu hesab olunur. Tuna nə qədər baha satılırsa, bir o qədər yaxşıdır. 

Marja.az "Kyodo News"a istinadən xəbər verir ki, son illərdə paytaxtın əsas turistik yerlərindən birinə çevrilən Toyosu bazarında tuna balığının satışı üzrə canlı auksion səhər saat 5:10-da başlayıb.

Aomori adasının şimal-şərq prefekturasında Oma sahillərində tutulan 276 kiloqramlıq tuna balığı topdansatıcı və "Sushi Ginza Onodera" restoranlar şəbəkəsini idarə edən şirkət tərəfindən birgə alınıb.

"İlin ilk tuna balığı uğurlar gətirir. Biz insanlarda yeməklə təbəssüm yaratmaq istəyirik", - suşi restoranının rəhbəri Şinji Naqao bildirib.

2019-cu ildə mavi üzgəcli tuna balığı 333,6 milyon yenə satılıb ki, bu da 1999-cu ildən müqayisə oluna bilən məlumatların əldə edilməsindən bəri ən yüksək qiymətdir.

Lakin COVID-19 pandemiyasının başlaması ilə 2021-ci ildə qiymət 20,8 milyona düşmüşdü. Daha sonra qiymət 2023-cü ildə 36,0 milyon yenə, 2024-cü ildə isə 114,2 milyon yenə yüksəlmişdi.

73 yaşlı balıqçı Masahiro Takeuçi şənbə günü səhər tutduğu ton balığını gördüyü anı xatırlayaraq, "İnək kimi kök idi" deyib.

tuna balığı suşi restoran
Seçilən
53
1
marja.az

4Mənbələr