AZ

Çövkən üzrə Super Kubokun sahibi müəyyənləşdi

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Çövkən üzrə Super Kubokun final oyunu keçirilib.

Fanat.Az Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə rəsmi qonaqlar, idman ictimaiyyətinin nümayəndələri və azarkeşlər iştirak edib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir bağlanış mərasimi ilə davam edib.

Mərasimdə Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestri, rəqs ansamblı və tanınmış sənətçilər müxtəlif musiqi və rəqs nümunələri ilə çıxış edib.

“Super Kubok” uğrunda qarşılaşmada Peşəkar Çövkən Liqasının qalibi “Sərhədçi” ilə Çövkən üzrə “Prezident Kuboku”nun qalibi “Elit” mübarizə aparıb. Gərgin və dinamik oyunun sonunda “Sərhədçi” 1:0 hesabı ilə qalib gələrək “Super Kubok”un sahibi olub.

Qalib komandaya “Super Kubok”u Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev və Gənclər və İdman naziri Fərid Qayıbov təqdim edib.

Seçilən
49
16
fanat.az

10Mənbələr