AZ

Erməni simasının üç üzü: Ter-Petrosyan, Koçaryan, Sarqsyan

Etnik təmizləmə - sadəcə vəhşilik deyil, bu, insanlığa qarşıaçıq-aşkar bir təhdiddir. Dünyanın gözləri qarşısında həyatakeçirilən və millətlərarası birgəyaşayışı məhv edən bu siyasət,Ermənistanın müstəqilliyindən bəri dövlətin əsas siyasi xəttinəçevrilib. Onilliklər ərzində Ermənistan liderləri bu qanlısiyasətin müəllifləri kimi çıxış edib, onu nəinki gizlətməyib,hətta açıq şəkildə etiraf ediblər. Levon Ter-Petrosyan, RobertKoçaryan və Serj Sarqsyan - bu üç ad yalnız bir dövlətin deyil, birxalqın vicdanını ləkələyən qaranlıq səhifənin simvollarınaçevrilib.

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan, "milli azadlıqhərəkatı" adı altında törədilən cinayətləri açıq şəkildə tərifləyənbir şəxs kimi yadda qalıb. 1993-cü ildə terrorçu "Yerkrapa"dəstəsinin üzvləri qarşısında çıxış edərkən o, demişdi: "Ermənistanvə "Artsax" digər millətlərdən tamamilə təmizləndi. Təkrar edirəm,bu, altı yüzillik bir problemdir. Bunun əhəmiyyətini erməni xalqıdaha 600 il hiss edəcək."

Bu sözlər öz açıqlığı ilə dəhşət doğurur. Ter-Petrosyanın çıxışıgöstərir ki, Ermənistanın Qarabağdakı mövcudluğu məhzazərbaycanlıların kütləvi şəkildə məhv edilməsi və ya qovulması ilətəmin olunub. O, hətta Zəngəzur, Vardenis, Masis və digərbölgələrdə azərbaycanlıların demoqrafik üstünlüyünü "təhlükə" kimiqiymətləndirib və bu "təhlükənin" Ermənistan silahlı dəstələritərəfindən "uğurla həll edildiyini" vurğulayıb.

Ermənistanın ikinci prezidenti Robert Koçaryan, etniktəmizləməni daha irəliyə apararaq onu "etnik uyğunsuzluq" kimitəqdim etməyə çalışıb. 2001-ci ildə Avropa Şurası ParlamentAssambleyasında çıxışı zamanı Koçaryan demişdi: "Ermənilər vəazərbaycanlılar etnik cəhətdən uyğun gəlmir".

Bu bəyanat, ermənilərin Azərbaycanın Qarabağ bölgəsindən vəətraf rayonlardan zorla çıxarılmasını qanuniləşdirmək üçünuydurulmuş bir nəzəriyyədir. Koçaryanın bu ifadəsi, minlərləinsanın qətlini, yüz minlərlə insanın qaçqın vəziyyətinə düşməsini"zəruri addım" kimi təqdim edən bir ideologiyanın əsasınıqoyub.

Ancaq bu siyahıda ən sərt və soyuqqanlı lider, şübhəsiz ki, SerjSarqsyandır. Onun Xocalı faciəsinə dair açıqlaması təkcəAzərbaycanın deyil, dünyanın vicdanını sarsıtdı. Britaniyalıjurnalist Tomas de Vaala verdiyi müsahibədə Sarqsyan, Xocalıqətliamını belə təsvir edib: "Xocalıya qədər azərbaycanlılardüşünürdülər ki, bizimlə zarafat etmək olar. Biz bunu dəyişəbildik."

Bu ifadə Xocalıda 613 insanın, o cümlədən qadınların, uşaqlarınvə yaşlıların qətliamının Ermənistanın məqsədyönlü bir terror aktıolduğunu açıq şəkildə təsdiqləyir. Sarqsyanın sözləri, etniktəmizləmənin yalnız bir strategiya deyil, həm də siyasi alətolduğunu göstərir. Bu, insanlığa qarşı yönəlmiş bir cinayətinqəsdən həyata keçirildiyinin etirafıdır.

Ter-Petrosyan, Koçaryan və Sarqsyanın bəyanatları Ermənistanınetnik təmizləmə siyasətini gizlətmədiyini, əksinə, onu dövlətideologiyasına çevirdiyini təsdiqləyir. Bu gün dünya birliyi, bucür cinayətlərin qarşısını almaq üçün ciddi tədbirlər görməlidir.Əks halda, beynəlxalq hüququn mənası itir, ədalət isə siyasimaraqların kölgəsində qalır.

Azərbaycanın beynəlxalq platformalarda apardığı mübarizə, yalnıztarixi həqiqətlərin bərpası deyil, eyni zamanda bəşəriyyətingələcəkdə bu cür faciələrdən xilas edilməsi məqsədini güdür.Ermənilərin bu qanlı siyasətini unutmaq mümkün deyil vəunudulmamalıdır. Çünki Xocalı, Zəngəzur və Qarabağda baş verənlər,insanlığa qarşı cinayətin ən açıq nümunəsidir. Tarix bucinayətlərin cəzasız qalmasına imkan verməməlidir. Bu, yalnızAzərbaycanın deyil, bütün bəşəriyyətin vicdan məsələsidir.

Bu gün dünya bu sözlərə diqqətlə baxmalıdır. Ermənistanındövlətçiliyini göz yaşı və qan üzərində qurduğu bir dövrünşahidiyik. Amma bu "zərgər işi" Levon Ter-Petrosyanın dediyi kimi,geridə nə qoydu? Vəhşət, dağıdılmış məscidlər, xəritədən silinmişkəndlər və yurdlarından qovulmuş yüz minlərlə günahsız insan...

Ancaq bu dağıntıların içindən heç vaxt sönməyən bir müqavimətçıxdı - Azərbaycan xalqının iradəsi və qətiyyəti.

Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçuvə faşist mahiyyəti dəyişməz olaraq qalır. Bu həqiqəti bütün dünyabilməlidir. Onların özləri tərəfindən deyilmiş sözlər, törədilmişcinayətlər, tör-töküntüyə çevrilmiş kəndlər bir həqiqəti üzəçıxarır: Ermənistan yalan, etnik nifrət və saxta tarixi iddialarüzərində qurulmuşdur. Amma belə bir yalan imperiyası həqiqətinqarşısında dayana bilməzdi. Azərbaycan öz ərazi bütövlüyünü bərpaedərək, erməni işğalçılarının məğlubedilməzliyi mifini yerlə yeksanetdi.

Tarix bizə öyrədir ki, ədalət bəzən gec gələ bilər, amma mütləqgəlir. Bu gün Qarabağ Azərbaycandır. Sabah isə tarixi ədalətZəngəzurda bərpa olunacaq. Bu, təkcə siyasi bəyanat deyil, faktlaravə əməllərə söykənən bir inamdır. Azərbaycan ordusunun gücü,xalqının iradəsi və dövlətinin qətiyyəti bunu təsdiqləyir.

Ermənistanın liderləri özlərini qurban kimi göstərməyəçalışsalar da, tarix onların cinayətlərinin şahididir. Onlarındediyi hər söz, etiraf etdiyi hər cinayət silinməz bir iz qoyub. Busözlər onların tarixdəki qaranlıq kölgəsi, məğlubiyyətlərininsarsılmaz bir hissəsidir.

Və hər bir söz, hər bir cinayət, hər bir dağıdılmış kəndAzərbaycanın iradəsini daha da gücləndirir. Azərbaycan haqq vəədalət yolunda irəliləyərək, bu gün dünyaya öz gücünü göstərir.

Qarabağ - Azərbaycandır!

Bu həqiqət yalnız dillərdə deyil, döyüş meydanlarında,azərbaycanlıların qəlbində və gec də olsa, mütləq qələbə çalanədalətdə həkk olunub. Bu, təkcə Azərbaycanın deyil, bəşəriyyətinhaqq-ədalət qələbəsidir.

Seçilən
30
3
az.trend.az

4Mənbələr