AZ

"Real"la ÇL-i qazanan futbolçu dünyasını dəyişdi

"Real Madrid"in sabiq futbolçusu Xuan Manuel Vilya dünyasını dəyişib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniya millisinin sabiq yarımmüdafiəçisi 1960/1961 mövsümündə İspaniya nəhəngində çıxış edib və klubla Çempionlar Liqasının qalibi olub. Bundan əlavə, Vilya AÇ-1964-ün qalibi olub.

"Real" 86 yaşlı eks-futbolçusunun yaxınlarına və onunla birlikdə çıxış edən bütün komanda yoldaşlarına başsağlığı verib.

Seçilən
23
1
fanat.az

2Mənbələr