AZ

Mirası marağa səbəb oldu: Yarımada, 86 mənzil...

Tanınmış türkiyəli müğənni Ferdi Tayfur 79 yaşında vəfat edib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, ölümündən sonra Ferdi Tayfurun var-dövləti maraq doğurub.

İddialara görə, Ferdi Tayfur yarımada, körfəz və 86 mənzilin sahibidir.

Tayfurun Marmarisdə bir körfəz və yarımada, Adanada 50 mənzil, İstanbulda isə 30 ev və 6 villası olduğu bildirilib.

Onun mülkünün kimə qalacağı isə hələlik məlum deyil.

Qeyd edək ki, müğənninin 5 övladı var. 

Xatırladaq ki, böyrək çatışmazlığından əziyyət çəkən F. Tayfura 2020-ci ildə oğlundan böyrək köçürülmüşdü.

"Cebheinfo.az" 

Seçilən
33
5
cebheinfo.az

6Mənbələr