AZ

Ukrayna daha bir strateji şəhəri itirdi

Bu barədə Rusiya Müdafiə Nazirliyi Telegram kanalındaməlumat yayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna qoşunlarının şəhəri müdafiə edən şəxsi heyətinin 80% məhv edilib: "Ukrayna Silahlı Qüvvələrinin itkiləri 12 mindən çox canlı qüvvə və 3 minə yaxın texnika, silahdan ibarətdir. Kuraxovo bölgəsində aparılan iki aylıq döyüşlər zamanı Ukrayna ordusunun gündəlik hərbçi itkiləri orta hesabla 150-dən 180-ə qədər olub".

Ukraynalı hərbçilərin acı etirafı
Nazirliyin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı 10 il ərzində şəhəri güclü istehkam ərazisinə çevirib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az

Seçilən
22
17
azvision.az

10Mənbələr