AZ

"Getty Images" ən böyük rəqibi "Shutterstock" ilə birləşməyi araşdırır

ABŞ-da yerləşən lisenziyalı vizual məzmun təminatçısı "Getty Images Holdings" ən böyük rəqibi "Shutterstock" ilə birləşməyi araşdırır.

Marja xəbər verir ki, Bloomberg-in məsələ ilə tanış olan mənbələrə istinadən verdiyi məlumata görə, "Getty Images" ABŞ-da iki ən böyük lisenziyalı vizual məzmun provayderini  birləşdirəcək razılaşmanı qiymətləndirir.

Mənbələrin sözlərinə görə, danışıqlar davam edir və "Getty" müqavilə bağlamamaq qərarına gələ bilər.

Cümə günü Nyu-York birjasında "Getty Images"in səhmləri 13 faiz bahalaşaraq 2,39 dollara çatıb və şirkətin bazar dəyəri 983 milyon dollar olub. "Shutterstock" səhmləri isə 7,9 faiz bahalaşaraq 31,47 dollara çatıb və bazar dəyəri təxminən 1,1 milyard dollara yüksəlib. 

"Getty Images" və "Shutterstock" foto, vektor və ya illüstrasiya kolleksiyaları təklif edirlər.

Seçilən
6
marja.az

1Mənbələr