ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyi planlaşdırır...
Poliqon Reuters-ə istinadən xəbər verir ki, nu dəfə Rusiya neftini daşıyan tankerlərə qarşı tədbirlər görərək Moskvanın neft gəlirləri hücuma məruz qalacaq.
Bayden administrasiyası respublikaçı liderin Amerikanın Ukraynaya dəstəyinin baha olması ilə bağlı şikayətlərini nəzərə alaraq, yanvarın 20-də yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasiminə qədər Ukraynaya dəstəyi gücləndirməyə çalışır.
Qeyd olunur ki, Bayden administrasiyası Qərbin müəyyən etdiyi 60 dollar/barel qiymətindən yüksək qiymətə satılan Rusiya neftini daşıyan tankerlərə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. Rusiya məhdudiyyətlərdən yan keçmək üçün köhnə gəmilərdən ibarət sözdə kölgə donanmasından istifadə edir. Bu gəmilərin çoxu təhlükəlidir və neft sızmasına meyllidir.
Mənbələrdən biri deyib: "Bu, böyük bir paket olacaq".
Başqa bir mənbəyə görə, sanksiyalar çox güman ki, neftin tavan qiymətindən yuxarı ticarəti ilə məşğul olan bəzi şəbəkələrdə iştirak edən şəxslərə qarşı tədbirləri əhatə edəcək.
Rusiya dünyanın ən böyük neft hasil edən üç ölkəsindən biridir.
Poliqon.info