AZ

İsveç millisinin hücumçusu Kriştianu Ronaldu və Lionel Messini qabaqlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bütün turnirlər nəzərə alınmaqla 2024-cü il ərzində ən çox qol vuran futbolçuların cədvəlini tərtib edib.
Oxu.Az xəbər verir ki, İsveç millisinin və "Sportinq"in hücumçusu Viktor Qyökereş ilin ən məhsuldar oyunçusu olub. O, 62 qola imza atıb.
Erlinq Holand 49 qolla 2-ci, Harri Keyn 46 topla 3-cü olub. Kriştianu Ronaldu 43 qolla dördlüyü qapayıb. Lionel Messi 29 qolla 44-cü yeri tutub.
Qeyd edək ki, ümumi siyahıda ən azı 28 qol vuran 57 futbolçu yer alıb:
1. Viktor Qyökereş - 62;
2. Erlinq Holand - 49;
3. Harri Keyn - 46;
4. Kriştianu Ronaldu - 43;
5. Robert Levandovski - 42;
6. Vu Ley - 42;
7. Ayub El-Kaabi - 41;
8. Conatan Devid - 41;
9. Rafaelson - 40;
10. Akram Afif - 39.
Seçilən
34
50
oxu.az

10Mənbələr