Fevralın 15-də Las-Veqasda (ABŞ) qarışıq döyüş ustası azərbaycanlı Nazim Sadıxovun da qatılacağı “UFC Fight Night” turnirinin yekun döyüşləri müəyyənləşib.
İdman.biz xəbər verir ki, yarışda həmyerlimiz braziliyalı İsmael Bonfimlə qarşılaşacaq.
Bu döyüş gecənin ikinci ən vacib görüşü kimi dəyərləndirilir. Əsas mübarizə isə Jared Kannonier (ABŞ) ilə Qreqori Rodriges (Braziliya) arasında olacaq.
Bu günə kimi turnirdə 12 döyüşçünün iştirakı müəyyənləşib, lakin siyahı genişləndirilə bilər.
Qeyd edək ki, Sadıxov sonuncu döyüşünü 2023-cü il noyabrın 11-də Nyu-Yorkun “Madison Square Garden” meydanında rusiyalı Vyaçeslav Borşçevə qarşı keçirib. Üç raundluq görüşün sonunda hakimlər heç-heçə qeydə alıblar.
İdman.biz