Bakı. Trend:
Yanvarın 6-sı saat 14:10 radələrində Ermənistan silahlıqüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşənmövqelərindən Ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsiistiqamətindəki mövqelərini atıcı silahlardan yenidən atəşətutub.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistansilahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazaxistiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonununZabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqeləriniatıcı silahlardan fasilələrlə atəşə tutub.