AZ

Politoloq: Proseslər İran üçün heç də xoş olmayacaq...

Trampın yaxın günlərdə Ağ Evə qayıtması fonunda İranın geosiyasi vəziyyətin necə görünür?..

Samir Hümbətov: “İranın Yaxın Şərqdəki mövqeləri çox zərbə altına düşdü”.

“Düşünürəm ki, İranın Suriyada mövqelərini itirməsi, eyni zamanda Trampın hakimiyyətə qayıdışı Tehranda ciddi problemlər yaradacaq”.

Bu sözləri politoloq Samir Hümbətov Trampın hakimiyyətə gəlməsindən sonra İranın geosiyasi vəziyyəti Poliqon-a şərh edərkən qeyd edib.

Yaxın Şərqdə baş verən baş verən son hadisələrdən sonra, xüsusi ilə Suriyanı itirdikdən və Trampın yaxın günlərdə Ağ Evə qayıtması fonunda İranın geosiyasi vəziyyətin necə dəyəndirmək olar?

Mövzunu Poliqon-un əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “İran Yaxın Şərqdə və regionda geosiyasi mövqe itkisi ilə qarşılaşıb”.

İranın daxilində gərginliyin artması və parçalanma istiqamətində ABŞ-nin, Qərbin, xüsusilə də İsrailin radikal addımlar atması ehtimalı olduğunu nəzərə çatdıran politoloq Poliqon-a bildirib ki, buna xaricdən də dəstək verilə bilər:

“Son bir ayda, bəlkə də, bir aydan bir az artıq müddət ərzində İranın Yaxın Şərqdəki mövqeləri çox zərbə altına düşüb. Bir tərəfdən də Tramp hakimiyyətə gəlir. Nəzərə almaq lazımdır ki, Trampın birinci hakimiyyəti dövründə ABŞ-ın İranla münasibətləri çox kritik idi. Çünki Trampın İsrailə yaxın münasibətləri var. Bu münasibətlərə görə də, ABŞ-İran münasibətləri gərgin oldu.

Düşünürəm ki, İranın Suriyada mövqelərini itirməsi, eyni zamanda Trampın hakimiyyətə qayıdışı Tehranda ciddi problemlər yaradacaq. Yaxın zamanlarda növbəti hədəfin İran olacağı da gözlənilir. Düşünmürəm ki, İrana birbaşa müdaxilə olsun. Ancaq İranda daxildə gərginliyin artması və parçalanma istiqamətində ABŞ-ın, Qərbin, xüsusilə də İsrailin addımlar atması ehtimalı var. Təbii ki, buna xaricdən də dəstək verilə bilər.

Buna görə bu proseslər İran üçün heç də xoş olmayacaq. Həmçinin İrana qarşı sanksiyaların tətbiq edilməsi və bu sanksiyaların genişləndirilməsi İranı çıxılmaz vəziyyətdə qoya bilər. Bu baxımdan düşünürəm ki, İran Yaxın Şərqdə və regionda geosiyasi mövqe itkisi ilə qarşılaşıb. Bu da İranda molla rejiminə qarşı ciddi problemlərin yaranmasına gətirib çıxara bilər”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
31
39
poliqon.info

10Mənbələr