Rəhim Sadıxovun “Turan Tovuz”a keçidi rəsmiləşib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
28 yaşlı yarımmüdafiəçi ilə 2026-2027-ci illər mövsümünün sonunadək müqavilə bağlanılıb.
Son olaraq “Sumqayıt”da forma geyinən futbolçu, ölkəmizdə “Zirə”, Rusiyada “Solyaris”, “Spartak-2” və “Torpedo” klublarının şərəfini qoruyub.
Rəhim Sadıxov əsas millimizin heyətində 9 oyunda meydana çıxıb.