AZ

Aleksandr Lukaşenko Volodimir Zelenskidən üzr istəyib?

Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont Vladimir Zelenskinin Aleksandr Lukaşenkonun 2022-ci ildə münaqişənin ilk günlərində ondan üzr istəməsi barədə sözlərini təkzib edib

Editor.az xəbər verir ki, bu barədə RBC yazıb. “Belarus prezidenti Zelenskidən heç bir üzr istəmədi – ona görə ki, üzr istəməyə heç bir şeyimiz yoxdur. Hər şeydən əvvəl ona görə ki, Ukrayna, xatırladığımız kimi, hətta Amerika və bütün Qərbi qabaqlayaraq Belarusa qarşı sanksiyaları ilk tətbiq edən ölkədir”, – Natalya Eysmont qeyd edib.

O, əlavə edib ki, iki ölkə başçıları arasında söhbət yalnız “Zelenskinin telefonunda şəxsi əlaqə saxlayan Belarus prezidentinin kiçik oğlu Nikolayın emosional reaksiyası” sayəsində baş tutub. Natalya Eismont bildirib ki, Aleksandr Lukaşenko Kiyev rejiminin rəhbərini danışıqlara çağırıb. Onun sözlərinə görə, Belarus prezidenti əmindir ki, münaqişə daha çox Vladimir Zelenskinin siyasəti ilə başlanıb.
Xatırladaq ki, V.Zelenski amerikalı jurnalist Leks Fridmanla müsahibəsində 2022-ci ilin fevralında Aleksandr Lukaşenkonun öz dövlətinin ərazisindən Rusiya raketlərini buraxdığına görə ondan üzr istədiyini bildirmişdi.

//Samir Qurbanov, Editor.az

Seçilən
46
34
editor.az

10Mənbələr