AZ

Vergi borcu olan müəssisə zəruri olan məlumatları təqdim etmədiyinə görə cərimələndi

Palet İstehsal Müəssisəsi "Azpim" MMC cərimələnib.

 

Pravda.az-ın xəbərinə görə, qərar Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən iclasda qəbul olunub.

 

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Qeyd: 2012-ci ildə yaradılan və nizamnamə kapitalı 1000 AZN olan şirkətin qanuni təmsilçisi Coşqun Araz oğlu Zalovdur. MMC-nin dövlətə 6 388 manat borcu var.

 

Xəyal Quliyev

Tarix: 7 Yanvar 2025, 08:03   
Seçilən
39
3
pravda.az

5Mənbələr