AZ

Kiyev çox surətlə əsgər itirir -“The Washington Post”

Ukrayna öz əsgərlərini çox sürətlə itirir. Ukrayna Silahlı Qüvvələri ordu sıralarında şəxsi heyətlə bağlı yaranmış itkiləri, boşluğu doldurmağa vaxt tapmır.  Bu barədə Amerikanın “The Washington Post” qəzeti yazıb.

 “Ukrayna dözə biləcəyi və mübarizəni davam etdirə biləcəyindən qat-qat artıq dərəcədə qoşun itirir”, - nəşr yazıb.

Qeyd olunur ki, Ukraynanın 400 min bərpa olunmaz və əvəz edilməsi vacib olan itkiləri var ki, rəsmi hesablamalarda bu itki sayı çox aşağı qiymətləndirilir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
29
13
news365.az

10Mənbələr