Tibetdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb.
Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət nəticəsində 62 nəfər xəsarət alıb.
Qeyd edilib ki, zəlzələnin episentrinin yerləşdiyi Tinqri bölgəsində 1000-dən çox evdə dağıntı qeydə alınıb.