AZ

Ərdoğan əhalini məhsulları baha satanları boykot etməyə çağırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vətəndaşları qiymət artımına qarşı boykota çağırıb.

Marja.az xəbər verir ki, Ərdoğan bazar ertəsi Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada, "Bahalı məhsul satanları qiymətləri aşağı salmağa məcbur edəcək təsirli üsullardan biri boykotdur. Fürsətçiliklə məşğul olanlara qarşı ən böyük silahımız onlardan məhsulları almamaqdır" deyib.

Yanvarın 3-də açıqlanan son inflyasiya məlumatlarına toxunan Ərdoğan, bu rəqəmlərin inflyasiya ilə mübarizədə doğru yolda olduqlarını təsdiqlədiyini bildirib. Türkiyə Statistika Təşkilatı (TÜİK) dekabr ayında illik inflyasiyanı 44,38% olaraq açıqlayıb.

Nazirlər Kabinetinin iclasından əvvəl təqaüdçülər üçün təqaüd artımının elan ediləcəyi ilə bağlı ictimai gözlənti var idi. Ərdoğan minimum təqaüdün artırılması ilə bağlı açıqlama verməyb.

Mütəxəssislər bildirirlər ki, vətəndaşların alternativ seçimləri yoxdur, çünki ölkədə qida sektorunda supermarket şəbəkələri hökmranlıq edirlər.

Seçilən
36
marja.az

1Mənbələr