AZ

Trampın xüsusi nümayəndəsi Kiyevə gələsi olmadı – Generalın səfəri təxirə salınıb

ABŞ-nin yanvarın 20-də fəaliyyətə başlayacaq yeni administrasiyasının Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi, istefada olan general Keyt Kelloq Kiyevə faktaraşdırıcı səfərini təxirə salıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Trampa yaxın dörd mənbəyə istinadla məlumat yayıb. Qeyd olunur ki, Kelloqun Kiyev, Roma və Parisə səfəri seçilmiş prezidentin inauqurasiyasından sonraya təxirə salınıb.

Kelloqun Ukrayna rəhbərliyi ilə görüşmək üçün Kiyevə səfəri yanvarın əvvəlinə planlaşdırılmışdı. Kelloqun qrupu Roma və Parisdə də rəsmilərlə görüşlər planlaşdırırdı.

Agentliyin mənbələri Avropaya səfərin təxirə salınmasının səbəbini açıqlamayıblar. Kelloq, eləcə də Ukraynanın Vaşinqtondakı səfirliyinin nümayəndələri şərh verməkdən imtina ediblər.

Tramp seçki kampaniyası zamanı dəfələrlə deyib ki, o, vəzifəyə gəldikdən sonra 24 saat ərzində Ukraynada müharibəni bitirmək üçün bir yol tapa bilər. Bununla belə o, problemi həll etmək üçün az iş görüb. Agentlik yazır ki, buna baxmayaraq, qarşıdurma alovunu tez bir zamanda söndürmək cəhdləri yeni administrasiyanın əsas prioriteti olaraq qalır.

“AzPolitika.info”

Seçilən
33
49
azpolitika.info

10Mənbələr