AZ

İndoneziya BRİKS-in tamhüquqlu üzvü seçildi

Braziliya İndoneziyanın BRİKS-ə tamhüquqlu üzv kimi qoşulduğunu açıqlayıb.

News365.az xarici mediaya istinadla xəbər verir ki, ölkə rəhbərliyi İndoneziyanın BRİKS-ə qoşulmasını alqışlayıb və ölkənin ittifaqın inkişafına töhfə verəcəyini bildirib.

Qeyd edək ki, BRİKS 2009-cu ildə Rusiyanın təşəbbüsü ilə yaradılıb və hazırda Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərindən ibarət 9 üzv dövlətdən təşkil olunub.

Seçilən
56
news365.az

1Mənbələr