Bəs uşaqlarının belə davranışının əsas səbəbi nədir?
Bununla bağlı sosioloq Üzeyir Şəfiyev Demokrat.az-a açıqlama verib.
O diqqətə çatdırıb ki, belə hadisələr çox üzücüdür:
“Əlbəttə baş verən hadisələr təəssüf doğurur. Bu bir neçə məsələdən xəbər verir. Birinci ondan xəbər verir ki, sosial şəbəkə istifadəçilərinin hüquqi savadlığı çox aşağı səviyyədədir. Yəni belə əməllər törədən istifadəçilər unudurlar ki, onların bu əməlləri hüquqa, əxlaqa ziddir. Belə paylaşımlar edən, belə hərəkətlər sərgiləyən insanlar real həyatda olduğu kimi, virtual həyatda da sosial şəbəkədə də hüquqi məsuliyyət daşıyırlar. Sosial şəbəkə istifadəçilərinin hüquq savadlılığını artırmaq lazımdır. İstifadəçilər anlamadılar ki, belə davranışlar və paylaşımlar hüquqi məsuliyyət yaradır. Bu hadisə həm də onu göstərir ki, bir sıra ailələrdə uşaqlarla valideynlər arasında bağ düzgün qurulmayıb. Bu o deməkdir ki, ailələrlə də işləmək lazımdır. Digər mühüm məqam isə məktəblərdə yeniyetmə və gənclərlə tərbiyəvi işlər aparılmalıdır. O cümlədən, ictimai yerlərdə özünü aparmaq qaydaları uşaqlara aşılanmalıdır”.
Leyla
Demokrat.az