Belarus Prezidenti Aleksandr Lukaşenko hakimiyyətdən gedəcəyini açıqlayıb.
Missiya.Az xəbər verir ki, bu barədə məlumatı “BELTA” yayımlayıb.
“Mən hakimiyyəti əlimdə saxlamıram. Mən hakimiyyəti rahat və sakit şəkildə yeni nəslə ötürmək üçün hər şeyi edəcəyəm. Ümid edirəm ki, yeni hakimiyyət dövründə də yaşayacağam”, - deyə Lukaşenko bildirib.
Həmçinin Lukaşenkonun sözlərinə görə, belaruslar çox zəhmətkeş insanlardır. O, bu barədə Belarus kilsələrindən birində Milad mərasimindən sonra bildirib.
O əlavə edib ki, indi ölkə vətəndaşları mütəmadi olaraq “mənəvi və psixoloji hücumlara” məruz qalırlar, lakin onlar hələ də mehriban insanlardırlar. Lukaşenko 2025-ci ilin belaruslar üçün çətin il olacağını da vurğulayıb.
ElcanMissiya.Az