Olaylar.az xəbər verir ki, bu barədə Bloomberg nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Məqalədə qeyd edilir ki, Ukraynanın Rusiya qazının tranzitini dayandırmaq qərarı səbəbindən Aİ enerji böhranı ilə üzləşə bilər.
"Hazırda qaz qıtlığı təhlükəsi olmasa da, sürətli tükənmə növbəti qış mövsümündən əvvəl ehtiyatların yığılmasını çətinləşdirə və qısamüddətli qaz qiymətlərinə təsir göstərə bilər," - deyə nəşrin analitikləri bildiriblər.
Aparılan araşdırmalara görə, Avropanın qaz anbarlarındakı ehtiyatlar ümumilikdə 25% azalıb. Bu cür azalmanın sonuncu dəfə 2018-ci ildə müşahidə olunduğu vurğulanır.
Xatırladaq ki, 2024-cü ilin sonunda Ukrayna 2025-ci il yanvarın 1-dən etibarən Rusiya qazının Avropa ərazisinə tranzitini dayandıracağını bəyan etmişdi. Bu qərarın ilk təsirini Dnestryanı sakinlər hiss etdilər. Onlar işıqsız qalmaq və mənzillərində istiliklə bağlı fasilələrlə üzləşiblər.
Mütəxəssislər Avropa ölkələrini qaz ehtiyatlarının tükənməsinin qarşısını almaq üçün alternativ enerji mənbələri axtarışlarını sürətləndirməyə çağırırlar.