Belarus prezidenti Aleksandr Lukaşenko Loqoyskdəki Müqəddəs Nikolay Möcüzəçi kilsəsində Milad mərasimində çıxışı zamanı diqqət çəkən açıqlamalar verib. O, bəyan edib ki, ölkəsi müharibəyə cəlb olunarsa, Belarus bir dövlət kimi ayaqda qala bilməyəcək. Onun sözlərini Belta agentliyi sitat gətirib.
“Ona görə də mən hər şeyi səbirlə edirəm. Zaman hər şeyi yoluna qoyacaq. Zaman hamıya öz qiymətini verəcək. Amma bizə dözmək lazımdır. Qoy bizim ölkədə diktatura olduğunu desinlər... Belarusdakı diktatura Ukraynadakı demokratiyadan yaxşıdır”, - Lukaşenko bildirib.
O vurğulayıb ki, xaricdən gələn bədxahlar Belarusu müharibə oyunlarına sürükləmək istəyirlər.
Tural