ABŞ-nin yeni seçilən prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp Danimarkaya bağlı muxtar ərazi olan Qrenlandiyaya xüsusi bir səfər edib.
"AzPolitika" xarici mediaya istinadla xəbər verir ki, sözügedən səfər Trampın Qrenlandiyanı ABŞ ərazisinə qatmaq təklifinin gündəmdə olduğu bir dövrdə baş tutub.
Qrenlandiya mediası kiçik Trampın bir neçə saat orada qalacağını və rəsmi görüşlərin keçirilməyəcəyini bildirib. Səfərin hər hansı diplomatik və ya ticarət məqsədi ilə əlaqəli olmadığı vurğulanıb.
Xatırladaq ki, Donald Tramp 2019-cu ildə də ABŞ prezidenti olduğu dövrdə Qrenlandiyanı almaq istədiyini açıqlamışdı. Lakin həmin vaxt bu təklif Danimarka və Qrenlandiya tərəfindən rədd edilmişdi.
"AzPolitika.info"