AZ

PSJ Mbappeyə 55 milyon avro borcuna görə sanksiyalara məruz qala bilər

UEFA Mbappeyə 55 milyon avro borcuna görə PSJ-yə sanksiya tətbiq edə bilər.

Avropa Futbol Assosiasiyaları İttifaqı ( UEFA ) Fransanın PSJ klubuna komandanın keçmiş hücumçusu Kilian Mbappeyə olan borcuna görə sanksiya tətbiq edə bilər.

Demokrat.az
xəbər verir ki, bu barədə L' Equipe məlumat yayıb.

25 oktyabr 2024-cü ildə Fransa Peşəkar Futbol Liqası Mbappenin ödənilməmiş 55 milyon avro maaşı və bonusları ilə bağlı PSJ-nin müraciətini rədd edib.

Bildirilir ki, klub Fransa Futbol Federasiyası, Milli Olimpiya Komitəsi və ya əmək məhkəməsi ilə mübahisəni davam etdirə bilər.

Dekabrın 20-də Mbappenin vəkilləri Fransa Futbol Federasiyasının ən yüksək apellyasiya komissiyasına PSJ-yə sanksiya tətbiq edilməsi tələbi ilə məhkəməyə müraciət ediblər.

Bu iş üzrə dinləmələrin hansı tarixdə keçiriləcəyi hələlik məlum deyil.


Əfsanə Kamal
Demokrat.az

Seçilən
35
demokrat.az

1Mənbələr