AZ

"Azərşəkər LLC" işçi axtarır - VAKANSİYA

Azərşəkər LLC

Anbardar (Ağcabədi təsərrüfatı)

Son tarix 07 fev 2025 - [email protected]

Vəzifə öhdəlikləri:

  • Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlama rejiminə nəzarət;
  • Mal-materialın qəbulu , təhvili ,  sənədləşdirilməsi  və mədaxil-məxaric sənədlərinin yoxlanılması, qəbul və təhvil qaydalarına riayət  etmək;
  • Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının, sayım zamanı sayılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda mal-material düzülüşünə nəzarət etmək;
  • Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək. O cümlədən son tarixləri nəzər almaqla bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək, istisnalar barədə dərhal rəhbərliyi məlumatlandırmaq;
  • İstifadə olunan və ya verilən əmlak siyahıları, qiymət siyahıları, çatışmazlıqlar, yüklər, xərclər, malların qeydiyyat və hesabatını tələb olunduğu halda hazırlamaq və aparmaq
  • Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək;
  • Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
  • Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
  • Keyfiyyətə nəzarət tələblərinə əməl etmək , mal-materialın keyfiyyətli və  uyğun şəraitdə saxlanılmasına nəzarət etmək;
  • Çatdırılacaq materialları və ya bağlamaları zədələnmədən çevik və təhlükəsiz şəkildə saxlama ərazisinə çatdırmaq
  • Eyniləşdirmə etiketləri, ştamplar, elektrik nişan vurma alətləri və digər yarlıq vurma  avadanlıqlardan istifadə etməklə saxlanc əşyalara ştamp vurmaq.
  • Malların tərkibinə uyğun olaraq konteynerlərə, saxlanclara yarlıq yapışdırmaq.
  • Təhlükəli malları saxlama ərazisində əvvəlcədən təyin olunmuş müvafiq konteynerlərə daşımaq.
  • Sahələri satışı tələb olunan mallar və materiallar ilə vaxtında təmin etmək;
  • Anbara giriş-çıxış yollarının və qapılarının  işlək olmasını təmin etmək, bitişik ərazinin yığışdırılmasını, anbarın səliqəliliyini təşkil və nəzarət etmək;
  • Mədaxil-məxaric və obyekt daxili rejimin həyata keçirilməsində Mühafizə Xidməti ilə əməkdaşlıq etmək.
  • Anbarda aparılan əməliyyatlar zamanı prosedurları yerinə yetirmək, monitorinq etmək və onlara riayyət etmək:
  • Təhlükəli maddələr və mallar ilə əlaqədar qanuni tələbləri tətbiq etmək.
  • Verilmiş məlumatlar, o cümlədən təsnifat yarlıkları, bəyannamələr, materialların təhlükəsizliyinə dair  texniki məlumatların arayış vərəqləri və digər sənədlərə əsasən təhlükəli mallar və ya maddələri müəyyən etmək.
  • Çəngəl ağızlı (forklift) qaldırıcı, yük maşın və ya vaqona profilaktik xidmət göstərmək.
  • Monitorinq və texniki xidmətin nəticələri barədə müvafiq işçi heyətinə məlumat vermək.

Vəzifə tələbləri:

  • Ali təhsil (müvafiq sahə üzrə);
  • Müvafiq sahədə iş təcrübəsi: Minimum 1 il
  • MS Office istifadə bacarığı (Word, Excel, Power Point); 1 C 
  • Kənd təsərrüfatı təcrübəsi üstünlükdür.

Əlavə məlumat:

  • Struktur: Anbar şöbəsi
  • Bilavasitə tabe olduğu şəxs: Anbar meneceri
  • İş yeri: Ağcabədi rayonu
  • İş qrafiki: 6 günlük iş həftəsi  ( həftə içi saat 09:00-17:00, şənbə günü 09:00-13:00)

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Anbardar) qeyd edərək elektron poçt ünvanına göndərilməsi xahiş olunur.       

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq

Seçilən
46
50
fed.az

10Mənbələr