AZ

ABŞ “Danske Bank” işində kömək etdiyi üçün Estoniyaya 50 milyon dollar vəsait verəcək

ABŞ Ədliyyə Nazirliyi müsadirə edilmiş 50 milyon dollarlıq aktivləri Danimarka Danske Bankında çirkli pulların yuyulması ilə bağlı təhqiqata kömək etdiyi üçün Estoniya hakimiyyət orqanlarına təhvil vermək qərarına gəlib.

APA xəbər verir ki, bu barədə nazirliyin çərşənbə axşamı dərc olunmuş məlumatında deyilir.

Estoniya hakimiyyət orqanları bu vəsaitləri maliyyə və transsərhəd cinayətlərlə mübarizə, eləcə də oğurlanmış digər aktivlərin bərpası üçün istifadə etməyi öhdəsinə götürüb.

Qeyd edək ki, 2022-ci ilin dekabr ayında Danske Bank Estoniya filialının müştəriləri ilə birgə ABŞ banklarını və nəzarət orqanlarını aldadaraq ABŞ maliyyə sisteminə daxil olmaq məqsədilə əməkdaşlıq etməklə bağlı günahını etiraf edib. Bank 2,06 milyard dolların müsadirə olunmasına razılaşıb.

Təhqiqatın nəticələrinə görə, 2007-ci ildən 2015-ci ilə qədər Danske Bankın Estoniya filialı vasitəsilə xarici müştərilərin təxminən 1,5 trilyon kronu (230 milyard dollar) keçib. Bu məbləğin əsas hissəsinin mənşəyi şübhələr doğurub. Təhqiqat başladıqdan sonra Danske Bankın baş direktoru Tomas Borjen istefa verib. 2019-cu ildə isə Estoniya filialı bağlanıb.

Seçilən
52
3
apa.az

8Mənbələr