Bakı. Trend:
Moldova gömrükçüləri Kişinyov hava limanında bağlamadan tapılanpartlayıcı qurğunu zərərsizləşdirib.
Trend-in məlumatına görə, bu barədə ölkənin sərhəd polisinin"Telegram" kanalında bildirilib.
"Sərhəd polisi və gömrük əməkdaşları <...> KişinyovBeynəlxalq Hava Limanında poçt göndərişlərini emal edərkənpartlayıcı qurğu kimi qəbul edilən avtomobil formasında oyuncağabənzər əşya aşkar ediblər", - deyə qeyd olunub.Hadisə yerinə texniki və məhkəmə ekspertizası mərkəzininmütəxəssisləri cəlb olunaraq şübhəli əşyanızərərsizləşdiriblər.
Hava limanının fəaliyyəti normal qaydada davam edir.