Bəyanatda bildirilir ki, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması müşahidə olunur.
İranda anti-Azərbaycan propaqandasının ikitərəfli münasibətlərin ruhuna, ölkələr qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlmədiyi bəyanatda vurğulanıb.
Bu kimi hərəkətlərin ikitərəfli dövlətlərarası və insanlararası münasibətlərin qorunub saxlanılması və dərinləşdirilməsi əvəzinə, nifrət və düşmənçilik yaratmaq məqsədi daşıdığı xüsusi qeyd olunub.
Türkdilli dövlətləirin siyasətinə dəstək fondu Azərbaycana qarşı bu kimi təxribatların yolverilməz olduğunu və belə hərəkətlərə dərhal son qoyulması tələbini bəyanatda bildirib.
Fond bəyanatı İranın Qırğızıstandakı səfirliyinə təqdim edəcək və mətbuatda geniş şəkildə yayacaq
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31