AZ

Metroda relsin üzərinə düşərək xəsarət alan şəxsin vəziyyəti açıqlanıb

Ötən gün metronun “Ulduz” stansiyasında relsin üzərinə düşərək xəsarət alan sərnişinin vəziyyəti açıqlanıb.

TƏBIB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 7-də saat 22:44 radələrində 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Baş-beynin travması diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib və dərhal əməliyyata alınıb. Hazırda müalicəsi Cərrahi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.

Seçilən
47
17
apa.az

10Mənbələr