AZ

Zaxarova: Zelenskinin müsahibəsi Trampın inauqurasiyası ərəfəsində bir “ləkədir”– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna prezidenti Vladimir Zelenskinin amerikalı rusdilli bloqer Leks Fridmana verdiyi müsahibəni reallıqdan diqqəti yayındırmaq cəhdi və ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiyası öncəsi növbəti "ləkə" adlandırıb. Bu barədə o, "Sputnik" radiosunun efirində danışıb.

Zaxarova qeyd edib ki, Qərbdə bu müsahibənin səbəbinin Kiyev rejiminin çırpınışları olduğu hər kəsə aydındır və əsas media orqanlarına bu mövzuda lazımi istiqamət verilib.

"Bütün Ukrayna Amerikanın siyasi həyatına bağlıdır. Orada həm təhdidlər, həm şantaj var, həm də diqqət mərkəzində qalmaq cəhdləri. Hər şey bir məqsədə xidmət edir - unudulmasınlar," - deyə Zaxarova öz müəllif proqramında bildirib.

Zelenskinin üç saatlıq müsahibəsi yanvarın 6-da yayımlanıb. Daha əvvəl Zaxarova həmin müsahibəni "neonasizm, terrorizm və narkotik sayıqlamalarının cəhənnəm qarışığı" kimi xarakterizə etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
50
olaylar.az

10Mənbələr