AZ

Ən ucuz "iPhone" gəlir - Görün neçəyə satılacaq

Apple şirkəti üç illik fasilədən sonra yeni iPhone SE modelini təqdim etməyə hazırlaşır.

News24.az xəbər verir ki, cihazın ən ucuz iPhone olacağı gözlənilir.

Məşhur Apple analitiki Mark Qurmanın etdiyi paylaşımlarda daha əvvəl iPhone SE 4 modelinin 2025-ci ilin ilk yarısında təqdim ediləcəyi və bu tarixlərin yazda ola biləcəyi bildirilib.

Verdiyi açıqlamalarla Apple-ın aprel ayına qədər yeni iPad və iPhone SE 4-ü təqdim edəcəyi bəlli olub. Amerika şirkəti yeni ildə iqtisadi cəhətdən əlini gücləndirmək istəyir.

Qeyd edək ki, yeni model iPhone 14-ə bənzər dizaynla debüt edə bilər.

Bu o deməkdir ki, iPhone SE 4 6,1 düymlük OLED ekrana, düz kənar dizayna, Face ID və çərtiyə sahib olacaq.

Ancaq iPhone 14-dən fərqli olaraq bu modelin ikili kamera yerinə tək kameraya sahib olacağı təxmin edilir.

Bəs bu telefon neçəyə satılacaq?

iPhone SE 4-ün 499 dollara satılacağı gözlənilir.

Onu da qeyd edək ki, yeni iPhone SE buraxıldıqdan sonra Apple-ın iPhone 14-ü satışdan çıxaracağı gözlənilir.

Mark Qurmanın sözlərinə görə, yeni iPhone SE-nin Apple Intelligence dəstəyini təqdim edəcəyi də gözlənilir.

Bu, yəqin ki, A18 çipi və 8 GB RAM ilə təmin ediləcək.

Maraqlıdır ki, Apple bu xüsusiyyətləri ən ucuz yeni iPhone modelinə belə gətirmək istəyir.

Apple Intelligence bir çox yeni funksiyalar, o cümlədən Yazı Alətləri, Foto Təmizləmə, Genmoji, Şəkil Oyun Meydançası, Bildiriş Xülasələri və tamamilə yeni Siri təqdim edir.

Eyni zamanda, iPhone SE 4 Lightning bağlantısından USB-C-yə keçəcək.

Bildirilir ki, bu dəyişiklik Aİ qaydalarına uyğun olaraq bütün cihazlarda vahid portun (USB-C) istifadəsini tələb etdiyi üçün baş verəcək.

Apple keçən il iPhone 15 seriyası ilə USB-C-yə keçdi və iPhone SE 4 bu keçidi tamamlayan son iPhone modeli olacaq.

Günel Məlikzadə

Seçilən
51
news24.az

1Mənbələr