Xaçmazda “Kalaşnikov” markalı avtomat silahı aşkarlanıb - FOTO
Xaçmaz sakinində avtomat aşkarlanıb. DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, Xaçmaz rayon sakini əvvəllər məhkum olunmuş Rüstəm Qeybullayevin qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub. Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb. Ondan 3 ədəd patron və gizlətdiyi yerdən 1 ədəd “Kalaşnikov” markalı avtomat silahı aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə R.Qeybullayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. ![](https://1news.az/images/2025/01/08/20250108123356992/images/2025/01/08/20250108123356992/677e33b7b4807677e33b7b48081736324023677e33b7b4805677e33b7b4806.jpg)