AZ

Hakan Fidan PKK-ya ultimatum elan edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rəsmi Ankara PKK-nın (Kürdüstan Fəhlə Partiyası) Suriyada fəaliyyət göstərən yaraqlılarına silahlarını yerə qoyaraq Suriyanı tərk etmək tələbi irəli sürüb.
Oxu.Az xəbər verir ki, ultimatumu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan "CNN Türk"ə açıqlamasında deyib.
Türkiyənin XİN rəhbəri vurğulayıb ki, əgər Suriyanın şimalında fəaliyyət göstərən kürd silahlılar ultimatuma məhəl qoymasalar, Türkiyə ordusunun hərbi əməliyyata başlaması istisna edilmir.
"Biz silahı yerə qoyub ölkəni tərk etmək zərurəti ilə bağlı ultimatum vermişik. Biz vaxt udmaq cəhdlərinin olduğunu görürük", - deyə H.Fidan vurğulayıb.
Seçilən
16
oxu.az

1Mənbələr