AZ

Qərbli havadarlarından ümidi kəsilən İrəvan siyasi meydanda tək qalıb? – ŞƏRH

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də yerliteleviziya kanallarına müsahibəsində hazırkı tarixi mərhələdəAzərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başladığını elanvə yeni statusda olan Azərbaycanı yenidən dünyaya təqdim etmişoldu. Azərbaycan artıq heç də 2020-ci ildən sonrakı Azərbaycandeyil, tamamilə fərqli statusda olan, regional və qlobal təsirbaxımından yeni imkanlar əldə etmiş, güclənmiş Azərbaycandır. Bunagörə də Fransadan tutmuş Ermənistana qədər bir sıra ölkələrAzərbaycanın mövqeyini nəzərə almağa məcburdurlar.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı HikmətBabaoğlu deyib.

Deputat bildirib ki, Azərbaycanın güclü dövlət olması bəziqüvvələrdə narahatlıq yaradır:

“Əslində Fransa Prezidentinin Azərbaycana qarşı davranışları,onun Azərbaycan mövzusu olmadan bir növ yaşaya bilməməsi məsələsidə Azərbaycanın gücünün etiraf olunması deməkdir. AzərbaycanPrezidenti İlham Əliyev dedi ki, biz bununla fəxr edirik. Dünyasiyasətini təyin edən, BMT-nin 5 daimi üzvündən biri olan ölkəAzərbaycanın fəaliyyətindən narahatdırsa, demək ki, Azərbaycangüclüdür. Məsələnin mahiyyəti bundan ibarətdir. Prezident İlhamƏliyev bunun izahını da çox yaxşı təsvir etdi, dedi ki, güclü vəgücsüz ölkələr olmur, güclü və gücsüz liderlər olur. Güclü liderləröz ölkələrini güclü etməyə qadir olurlar. Mənə elə gəlir ki, əldəetdiyimiz nailiyyətlərin səbəblərindən biri də Azərbaycanın güclüliderinin olmasıdır”.

O, İrəvanın siyasi meydanda yalnız qalmasından da bəhs edib:

“Azərbaycan Prezidenti İlham Əliyevin toxunduğu bir məsələ dəregional reallıqlarla bağlıdır. Son bir neçə ayın içindəErmənistanın güvəndiyi, dostluq etdiyi, arxalandığı, onusilahlandıran bir çox siyasətçilər artıq siyasi səhnəni tərkedirlər. Buraya Suriya, Kanada, ABŞ-dəki sorosçular da daxildir.Bunların hamısı Ermənistanın yenidən regionda yalnızlaşmasınagətirib çıxardı. Prezident İlham Əliyev də bunu deyirdi. Buməsələnin izahı da sadə deyil. Çünki siyasətçilər həm də strateqlərolmalıdırlar. Azərbaycan Prezidenti İlham Əliyevin siyasistrategiyası əvvəlcədən hesablanmışdı. Nikol Paşinyanın siyasiarenada tək qalması siyasi proseslərin məntiqi nəticəsidir. Növbətimərhələdə Prezident İlham Əliyev bu məsələni Zəngəzur dəhlizininaçılması kontekstində qoydu və dedi ki, dəhliz açılacaq”.

Hikmət Babaoğlu Bakı-Vaşinqton münasibətlərində yeni səhifəninaçılma ehtimalından da danışıb:

“Düşünürəm ki, yanvarın 20-dən, ABŞ-də hakimiyyətin dəyişilməsiprosesi tam başa çatdıqdan sonra Azərbaycan öz məqsədlərinə birqədər daha yaxın olacaq. Çünki Azərbaycan-ABŞ münasibətlərində dəyeni səhifə açıla bilər. Prezident İlham Əliyev Azərbaycanın bunahazır olduğunu ifadə etdi və düşünürük ki, ABŞ də öz millimaraqları naminə buna hazır olacaq. Artıq yeni regional və qlobalşərtlər içərisində ermənilərin sülhə gəlməsi zərurəti daha aktualoldu. Gəlməsələr belə, Azərbaycan yumşaq güc vasitələri ilə sülhübirtərəfli qaydada daha da yaxınlaşdıracaq”.

Mövzu ilə bağlı Milli Məclisin deputatı BəhruzMəhərrəmov Trend-ə bildirib ki, Azərbaycan həmişə başqadövlətlərlə münasibətilərini beynəlxalq hüququn normalarında əksinitapan prinsiplər əsasında qurmağa üstünlük verib:

“Azərbaycan ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünyaxalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və buməqsədlə qarşılıqlı fəaliyyət göstərməyi özünün konstitusionniyyətlərindən biri kimi müəyyən edib. İstər Ulu Öndərin, istərsədə Prezident İlham Əliyevin hakimiyyəti illərində dövlətin xaricisiyasət kursunun əsas istiqamətləri beynəlxalq hüququn aliliyinintəmin olunmasına yönəlib və ötən dövr ərzində bizim bütün mübarizətariximiz, o cümlədən Vətən müharibəsi və antiterrortədbirlərindəki uğurlarımızın hədəfi beynəlxalq hüququn aliliyindəifadə olunub”.

O qeyd edib ki, beynəlxalq hüququn ayrılmaz elementi olandemokratiya və insan haqları tandemləri bir çox qlobal güclərtərəfindən məkrli və təcavüzkar niyyətlərin həyata keçirilməsinaminə pərdə kimi istifadə edilib.

“O cümlədən ABŞ-nin Soros hakimiyyəti, Fransa, Kanada, bir sıraavrosturukturlar bu prosesdə xüsusi rol oynamış, Azərbaycanın 30 ilərzində işğalda saxlanılan beynəlxalq hüquqla tanınan ərazilərinəbaxış ikili və qərəzli standartlara əsaslanmışdır. Həmin dövlətləraçıq formada nümayiş etdirmişlər ki, Cənubi Qafqaz regionundadövlətlərin müstəqil davranışı onların maraqları üçün təhdiddir vəbölgədə hər hansı dövlətin güclənməməsi, suveren imkanlara malikolmaması üçün regionda münaqişələrin mövcudluğu şərtdir. LakinPrezident İlham Əliyevin qətiyyətli siyasəti ölkəmizin siyasi vəiqtisadi müstəqilliyini bərqərar etməsi, güclü ordu quruculuğu vəmüdafiə sənayəsinin inkişafı Azərbaycana müstəqil hərbi-siyasi gückimi davranmağa imkan verdi. Bir çox Qərb dövlətlərinin açıqşəkildə Ermənistanı müdafiə etməsinə baxmayaraq, AzərbaycanErmənistanın timsalında bütövlükdə şər blokuna qalib gələrəkregionda işğala, təcavüzə və separatizmə son qoydu. Vətənmüharibəsi və antiterror tədbirlərindən sonrakı dövrdə Azərbaycanəleyhinə bir çox formalarda başlanan qərəz, böhtan dolukampaniylara və siyasi hücumlara baxmayaraq, ölkəmiz bu siyasimübarizədən və informasiya müharibəsindən də qalib kimi çıxdı.Nəticədə istər Fransa, istər ABŞ-nin Soros hakimiyyəti, istərsə dəregionda qeyri-adekvat maraqlara söykənən digər güclər tam şəkildəfiaskoya uğradılar”, - deputat əlavə edib.

Bəhruz Məhərrəmov vurğulayıb ki, Azərbaycan digər dövlətlərindaxili yurisdiksiyasında olan məsələlərə qarışmaq niyyətindədeyil:

“O qənaətdəyik ki, hər hansı ölkədə hakimiyyətin dəyişməsiyalnız xalqın iradəsi ilə baş tutur, lakin Kanada timsalında aydınformada görürük ki, Azərbaycan əleyhinə güc və imkanlarını səfərbəretmiş bir sıra güclər əslində müstəqil deyil, aid olduğu ölkəninxalqının iradəsini təmsil etmir. Piramidaya bənzər bu sistemdə isəyerindən qopan istənilən kərpic bütövlükdə piramidanın özünündağılmasına gətirib çıxarır. Bu mənada beynəlxalq hüquq, ədalət,vicdana söykənməyən və qlobal miqyasda təcavüzkar niyyətlərindaşıyıcısı olan sistemlərin çöküşü labüd idi. ABŞ-nin Soroshakimiyyətinin marionet Kanadanın mövqeyi aydın olmayan başnazirinin, habelə Makron hakimiyyətinin fiaskosu bu mənadabəynəlxalq hüququn təntənəsi hesab edilməli, cari istiqamətdə daimsəmimi mövqe ortaya qoyan və real nəticələr yaradan Azərbaycan kimidövlətlərin isə qələbəsi sayılmalıdır”.

Seçilən
24
az.trend.az

1Mənbələr