AZ

Özbəkistanın qızıl-valyuta ehtiyatları 6,6 milyard dollar artıb

Yazını böyüt
Yazını kiçilt

2025-ci il yanvarın 1-nə qardaş ölkə Özbəkistanın qızıl-valyuta ehtiyatları 41,18 milyard dollar təşkil edib.

Hafta.az-ın yazdığına görə, bu barədə Özbəkistan Mərkəzi Bankının məlumatında deyilir.

2024-cü ilin dekabrında Özbəkistanın ümumi beynəlxalq ehtiyatları 290 milyon dollar azalıb. O cümlədən, qızılın qiymətinin ay ərzində 2664,30 dollardan 2610,85 dollara enməsinin təsiri -656 milyon dollar olub.

Qızıl ehtiyatlarının dəyəri 704,4 milyon dollar azalaraq 32,7 milyard dollardan 32,03 milyard dollara düşüb. Amma qızılın fiziki həcmi dəyişməyərək 12,3 milyon troy unsiya (382,57 ton) səviyyəsində qalıb. Əksinə, ehtiyatların valyuta hissəsi 413,9 milyon dollar artaraq 8 597,7 milyon dollar təşkil edib.

İllik əsasda ehtiyatların dəyəri 6,6 milyard dollar artıb (2024-cü il yanvarın 1-də bu, 34 milyard 564,6 milyon dollar olub).

“Demək lazımdır ki, 2024-cü ildə beynəlxalq ehtiyatların illik artımı qızılın qiymət amilindən asılı idi. Əgər 2024-cü ilin əvvəlindəki kotasiyalar qorunsaydı, ehtiyatlar balansının illik azalması dayanmazdı”, - iqtisadçı Otabek Bəkirov deyib.

Özbəkistan Mərkəzi Bankının aldığı qiymətli kağızların dəyəri bir qədər artaraq 101,7 milyon dollar olub.

Seçilən
10
50
hafta.az

10Mənbələr