AZ

Sursat anbarında partlayış: 13 əsgər itkin düşüb

Dünən Kuba adasının şərqindəki Olqin əyalətində sursat anbarında partlayış baş verib. Partlayışın ardınca baş verən yanğın nəticəsində azı 13 Kuba əsgəri itkin düşüb.

Herbiand.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Kuba İnqilabçı Silahlı Qüvvələr Nazirliyi məlumat yayıb.

“Olvin əyalətinin Rafael Freyre bələdiyyəsinin Melones yaşayış məntəqəsindəki silah-sursat anbarında baş vermiş partlayışlar nəticəsində aşağıdakı yoldaşlar itkin düşmüş hesab olunur”, - nazirliyin X sosial şəbəkəsində dərc olunmuş bəyanatında deyilir. Sonra 13 nəfərin adı çəkilib.

Bundan əvvəl İnqilabçı Silahlı Qüvvələr Nazirliyi məlumat vermişdi ki, anbarda baş verən partlayışlar nəticəsində böyük ərazini əhatə edən yanğın baş verib, 360-dan çox insan ərazidən təxliyə edilib.

Hadisənin səbəbləri hələlik dəqiqləşdirilməyib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
31
8
herbiand.az

10Mənbələr