AZ

Zurabişvili ABŞ-da işləməyə başlayıb

Hurriyyet.az xəbər verir ki, Gürcüstanın eks-prezidenti Salome Zurabişvili ölkəni tərk edib Amerikanın Makkeyn institutunda işə düzəlib.

Bu barədə jurnalist Aleksey Venediktov məlumat verib.

İnstitutun saytında verilən məlumata görə, Zurabişvili öz diplomatik və siyasi təcrübəsindən ölkəsinin yeni seçkilərə və demokratik inkişaf yoluna doğru irəliləməsi üçün istifadə edəcək.

İnstitutun icraçı direktoru qeyd edib ki, Gürcüstanın eks-prezidenti Kissincer təqaüdünə layiq olan siyasi cəsarət və dövlət idarəçiliyi ideallarını təcəssüm etdirir.

Makkeyn institutunun əsası 2012-ci ildə senator Con Makkeynin prezident seçkiləri kampaniyasından qalmış vəsaitlə qoyulub. Təşkilatın keçmiş sponsorları arasında Corc Soros, SpaceX, Səudiyyə Ərəbistanı ilə Danimarka hökumətlərinin adları var. İnstitutun hədəflərinin "demokratik dəyərlər və yeni liderlərin yetişdirilməsi" olduğu bildirilir.

Hürr Tərcüman

 

Seçilən
34
hurriyyet.az

1Mənbələr